Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Ostexperte.de” portalında “Almaniya-Azərbaycan tərəfdaşlığı: İlham Əliyev Berlində” sərlövhəli məqalə dərc olunub

“Ostexperte.de” portalında “Almaniya-Azərbaycan tərəfdaşlığı: İlham Əliyev Berlində” sərlövhəli məqalə dərc olunub

Bakı, 13 mart, AZƏRTAC

Almaniyanın “ostexperte.de” portalında “Almaniya-Azərbaycan tərəfdaşlığı: İlham Əliyev Berlində” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Urs Unkaufun müəllifi olduğu məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Almaniyaya səfər edəcəyi vurğulanıb. Almaniya-Azərbaycan əlaqələrinin geniş şərh olunduğu məqalədə qeyd edilib ki, Azərbaycan Prezidenti martın 14-də Berlində Prezident Frank-Valter Ştaynmayer və Kansler Olaf Şolts ilə görüşəcək. Görüşdən gözləntilər böyükdür.

Yazıda, həmçinin Prezident İlham Əliyevin bir ay əvvəl 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etdiyi və konfransda Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslərlə birlikdə panel müzakirəsində Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasının perspektivlərini müzakirə etdikləri bildirilib. Vurğulanıb ki, işgüzar səfər və Münxen Təhlükəsizlik Konfransında iştirakdan əvvəl isə fevralın 10-da Azərbaycanın yüksək səviyyəli biznes nümayəndə heyətinin səfəri olub. Almaniya tərəfi nümayəndə heyətini Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyində qəbul edib.

“Hazırkı danışıqlarda ikitərəfli münasibətlər, iqtisadi və enerji siyasəti, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq. Azərbaycan Almaniyanı həm iqtisadi, həm də siyasi əməkdaşlıq baxımından Avropa İttifaqı çərçivəsində əsas strateji tərəfdaş kimi görür”, - deyə yazıda qeyd olunub.

Ötən il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində Almaniyanın enerji siyasətinin yeni vüsət almasının vurğulandığı məqalədə bildirilib: “Rusiyadan fosil yanacaq idxalının dayandırılması nəticəsində Avropanın təbii qaz bazarında boşluq yarandı. Bu boşluğu yeni və etibarlı tərəfdaşlar tərəfindən doldurulması vacib idi. Azərbaycan artıq neçə illərdir ki, Almaniyanın ən mühüm neft təchizatçılarından biridir. Azərbaycanın Avropa İttifaqı ilə yeni təchizat müqavilələrinə əsasən, Bakı Xəzər dənizindəki “Şahdəniz” yatağından hasil edilən təbii qazını Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan və Türkiyə ərazisindən keçməklə Yunanıstan, Albaniya və İtaliyaya nəql edir, bununla da Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Almaniya sənayesində təbii qazın keçid texnologiyası kimi ölkənin iqtisadi göstəricilərini qoruyub saxlayaraq, enerji keçid məqsədlərinin uğurla həyata keçirilməsi üçün vacib ötürücü olması ilə bağlı geniş konsensus mövcuddur”.

Həmçinin qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şaxələndirmə strategiyasına, davamlılığa və sosialyönümlü islahat tədbirlərinə əsaslanır. Geostrateji mövqeyi, beynəlxalq müqayisədə yüksək təhsilli gənc əhalisi, səmərəli dövlət siyasəti sayəsində indiyədək əsas diqqəti neft və təbii qazın hasilatı və emalına yönəltmiş ölkə iqtisadiyyatının müxtəlif sahələrdə yeni potensial yaratmaq üçün çoxsaylı imkanları var. Bu baxımdan kənd təsərrüfatı və turizm sahələrinin xüsusi vurğulandığı yazıda bildirilib ki, Azərbaycan 2023-cü ilin yanvar və mart aylarında Berlində keçirilən aparıcı beynəlxalq ticarət sərgisində, Beynəlxalq Yaşıl Həftə (IGW) və Beynəlxalq Turizm Mübadiləsi (ITB) tədbirində fəal iştirak edib. Bundan başqa, sərfəli enerji qiymətləri və əlavə əməkhaqqının verilməsi, eləcə də yaxşı təlim keçmiş mütəxəssislərin mövcudluğu, quru, dəniz və hava yolu ilə mükəmməl logistik əlaqələri sayəsində Xəzər regionu və Cənubi Qafqaz üçün dəyəri yüksək olan sənaye istehsalı və emalı müəssisələrinin yaradılması baxımından gözəl imkanlar var.

Bildirilib ki, Almaniya ilə iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı Azərbaycan üçün prioritet məsələ 2020-ci ildə Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurdakı Azərbaycan ərazilərinin yenidən qurulmasıdır. Üç beynəlxalq hava limanından başqa, azad edilmiş ərazilərdə xüsusilə beynəlxalq biznesin cəlb olunmasını stimullaşdırmaq üçün iqtisadi zonalar yaradılır. “Yaşıl zona” strategiyası bu regionun bərpaolunan enerji ilə tam təmin edilməsini və bu enerjinin ölkənin digər bölgələrinə, eləcə də digər dövlətlərə ixracını nəzərdə tutur. Günəş və külək enerjisi, həmçinin hidrogen istehsalının inkişafı üçün çox əlverişli coğrafi şərait var. Azərbaycanda bərpaolunan enerji üzrə potensialı təxminən 200 qiqavat təşkil edir ki, bu da alman şirkətləri üçün maraqlı imkanlar yaradır.

Diqqətə çatdırılıb ki, təhlükəsizlik ilə bağlı vəziyyətə gəldikdə, Azərbaycan Ermənistanla sülhün əldə olunmasına çalışır. Bunun üçün danışıqlarda müxtəlif beynəlxalq oyunçular - Rusiya, ABŞ və Avropa İttifaqı fəal iştirak edirlər. Ancaq indiyə qədər Ermənistan rəhbərliyi baş nazir Paşinyanın sözlərini əməli ilə dəstəkləməyə tələsmir və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə Azərbaycana qarşı davamlı təxribatları prosesi ləngidir.

“Azərbaycan dövləti Konstitusiyasına uyğun olaraq, Qarabağdakı erməni sakinləri üçün bərabər vətəndaş və etnik azlıq hüquqlarına təminat verir. Artıq bununla bağlı Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında ilkin danışıqlar aparılıb. Azərbaycan üçün Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasını Ermənistanın Mehri rayonu vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirmək üçün Zəngəzur dəhlizindən istifadə regional inkişaf üçün çox vacibdir. Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması, eləcə də Azərbaycan ilə Ermənistan arasında dostluq və barışıq səylərinin təşviqi Avropanın, o cümlədən Almaniyanın da strateji maraqlarına uyğundur. Bu baxımdan Almaniya tərəfinin hazırda prosesin irəliləməsinə qonşu Ermənistandan daha çox sadiq olan Azərbaycanın niyyətinin bu münaqişənin hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində uzunmüddətli həllini tapmasını və bu baxımdan Bakının maraqlarına ciddi yanaşılmasını məqbul hesab etməsi yaxşı olardı.

Bu kontekstdə Prezident İlham Əliyevin bu səfəri həm Almaniya-Azərbaycan, həm də Avropa-Cənubi Qafqaz münasibətlərində yeni səhifənin açılmasına töhfə verə bilər”, - deyə məqalədə xüsusi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub VİDEO

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb