İDMAN
Ostində testlər zamanı “IndyCar” maşınları Formula 1 bolidlərinə 10 saniyədən çox uduzublar
Bakı, 2 noyabr, AZƏRTAC
Ostində (ABŞ) “Trasse Americ” avtodromunda “IndyCar” seriyasının testləri keçirilib. 2019-cu ildə Formula 1 yarışlarının Amerika seriyasının ikinci mərhələsi bu avtodromda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, açıq testlərdə Toni Kanaan, Aleksander Rossi və Ar Si Enerson iştirak ediblər.
Qeyri-rəsmi ən yaxşı vaxt nəticəsi göstərən Rossi olub – 1:47,8 saniyə. Rossi “Mercedes”in britaniyalı pilotu Lyuis Hemiltona 13 saniyə uduzub.
Eyni zamanda, Rossi bu dövrəni LMP1 sinfinə aid maşınlar səviyyəsində qət edib. Formula1 yarışlarında ən yaxşı dövrəyə gəldikdə isə Aleksanderin nəticəsi 10 saniyə pis olub.
Qeyd edək ki, 2006-cı ildən bəri ilk dəfədir ki, “IndyCar” avtomobillərinin və Formula1 bolidlərinin sürətləri birbaşa müqayisə olunub. O vaxt “ChampCar” yürüşləri Monreal trasında (Kanada) keçirilmişdi.