İQTİSADİYYAT


Ötən 1 ildə neft qiymətləri artan istiqamətdə dəyişib

Bakı, 20 aprel, AZƏRTAC

Son 1 ildə dünya birjalarında neft qiymətləri artan istiqamətdə dəyişib.

AZƏRTAC xəbər verir ki, “Light” markalı neftin bir barrelinin qiyməti epidemiya narahatlığı səbəbindən keçən il mənfi 40 dollara düşmüşdü. Ötən müddətdə isə iştirakçılar bazarda natamam canlanmanı izləyib və hazırda “Light”ın qiyməti 63 dollar civarındadır. Baxmayaraq ki, ötən ilin bu vaxtlarında neftin mənfi qiymətləri hökm sürürdü.

Xam neft qiymətləri 2021-ci ildə iqtisadiyyatların yenidən canlanacağı gözləntiləri fonunda 30 faizdən çox artıb. Digər tərəfdən “OPEC+” neft tələbatının artması ilə yaxın aylardan etibarən istehsal məhdudiyyətlərini mərhələli şəkildə azaltmağa başlayacaq.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 63 dollara alıcı axtarır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.