REGİONLAR


Ötən 5 ayda muxtar respublikada 37 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Naxçıvan, 8 iyun, AZƏRTAC

Bu ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 37 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 3 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 14 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergiödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə-faktura və ya elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilib.

Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 12 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Aparılan operativ vergi nəzarəti işləri zamanı tərtib edilmiş 2 min 840 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin olunub.

2018-ci ilin müvafiq dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 8 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, bu zaman əvvəlki dövriyyələr ilə müqayisədə 11 min 587 manat dövriyyə artımına nail olunub. Bu da hər bir obyekt üzrə orta hesabla ay ərzində 29 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.

Qeyd olunan dövrdə Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırılmaların aparılması mütəmadi olaraq davam etdirilib. Belə ki, 2018-ci ilin 5 ayı ərzində 124 işəgötürən üzrə aparılan araşdırmalar zamanı 127 yeni əmək müqaviləsinin bağlanması və 412 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.