REGİONLAR


Ötən 7 ayda 19854 kənd təsərrüfatı məhsulu istehsalçısı təlimlərdə iştirak edib

Bakı, 8 avqust, AZƏRTAC

Cari ildə fermerlərə 1088 təlim və seminar keçirilib. Aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən hazırlanmış fəaliyyət planına uyğun təşkil olunur. Bu ilin 7 ayı ərzində keçirilən təlimlərə 19854 kənd təsərrüfatı məhsulu istehsalçısı cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssiləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.

Fəaliyyət planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.