CƏMİYYƏT


Ötən ay 238 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məşğulluq mərkəzləri sentyabrda 238 işaxtaran və işsiz vətəndaşı haqqı ödənilən ictimai işlərə cəlb edib. Onlardan 44 nəfərin əməkhaqqı xərcləri məşğulluq mərkəzləri tərəfindən maliyyələşdirilib, 194 nəfərin məvacibi müəssisə tərəfindən ödənilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, haqqı ödənilən ictimai işlərə Naxçıvan MR üzrə 50, Gəncə şəhərinin Nizami rayonu üzrə 15, Ağstafa rayonu üzrə 3, Daşkəsən rayonu üzrə 10, Qazax rayonu üzrə 16, Qax rayonu üzrə 10, Qəbələ rayonu üzrə 4, Ağcabədi rayonu üzrə 12, Beyləqan rayonu üzrə 22, Hacıqabul rayonu üzrə 20, Tərtər rayonu üzrə 20, Xocavənd rayonu üzrə 12 və Şamaxı rayonu üzrə 44 nəfər cəlb olunub.

Haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.