İQTİSADİYYAT


Ötən ay 40 min tonadək neft məhsulları ixrac edilib

Bakı, 19 fevral, AZƏRTAC

Yanvar ayında ölkədən 39,3 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 14,3 milyon ABŞ dollarından çox olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Xatırladaq ki, 2020-ci ilin müvafiq ayında Azərbaycandan 59,3 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 28,1 milyon dollar olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.