İQTİSADİYYAT


Ötən ay “BakuBus” avtobuslarında unudulan əşyalar sahiblərinə təhvil verilib

Bakı, 12 may, AZƏRTAC

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 çanta, 5 pulqabı, bir sənədqabı və bir ədəd mobil telefon aprel ayında sahiblərinə təhvil verilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, apreldə avtobuslarda tapılan 9 şəxsiyyət vəsiqəsi, bir dövlət sosial sığorta şəhadətnaməsi, iş kartı və könüllü tibbi sığorta kartı sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin 2 pulqabı, 2 qovluq, 2 bank kartı, 1 çanta, 1 bijuteriya sırğa və 1 açar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus”da saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə “www.alo141.az” saytından məlumat əldə edə bilərlər. “BakuBus” avtobuslarında tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.