İQTİSADİYYAT
Ötən ay Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə 4430 müraciət daxil olub
Bakı, 7 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi cari ilin oktyabrında “195/6” Çağrı Mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Çağrı Mərkəzinə şəxslər tərəfindən ünvanlanan 4430 müraciət cavablandırılıb. Bu müraciətlərdən 690-ı elektron xidmətlər, 450-si gömrük ödənişləri, 529-u fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 482 müraciət, müvəqqəti idxal gömrük proseduru üçün 372, xidmətə qəbul qaydaları ilə əlaqədar olaraq 39 və digər mövzularla bağlı 1386 müraciət daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [10:54]
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
- 20.04.2024 [10:42]
Azərbaycan neftinin qiyməti artıb
- 20.04.2024 [10:39]
ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib
- 20.04.2024 [10:22]