CƏMİYYƏT


Ötən ay Dövlət Miqrasiya Xidmətinə 7612 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

Bakı, 15 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ilin may ayı üzrə statistik məlumatları açıqlayıb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7612 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Bu dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 9479 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 558 qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.