ELM VƏ TƏHSİL


Ötən ay Təhsil Nazirliyinin 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub

Bakı, 13 dekabr, AZƏRTAC

Bu ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub. Bakı şəhərinin, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayonlarının məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri üzrə 169, 322, 327 nömrəli tam orta və 3 nömrəli xüsusi təhsil məktəblərində, Sabirabad rayonu Qasımbəyli kənd, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Lənkəran rayonu Separadi kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin təhsil müəssisələrinin pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.