İQTİSADİYYAT


Ötən ay dəmir yolu ilə 209,1 milyon dollarlıq yük daşınıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Avqustda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 686 min 658 ton yük daşınıb ki, bu yüklərin dəyəri 209,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 165 min 605 ton yükün dəyəri 25,7 milyon dollar təşkil edib.

Həmin dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 521 min 52 ton, dəyəri isə 183,4 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.