İQTİSADİYYAT


Ötən ay dəmir yolu ilə 236,6 milyon dollarlıq yük daşınıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Sentyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 732 min 412 ton yük daşınıb ki, bu yüklərin dəyəri 236,6 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 158 min 46 ton yükün dəyəri 25,9 milyon dollar təşkil edib.

Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 574 min 367 ton, dəyəri isə 210,6 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.