İQTİSADİYYAT


Ötən ay dəmir yolu ilə 236 mindən çox sərnişin daşınıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda dəmir yolu nəqliyyatı ilə 236 min 100 sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən ilin eyni ayı ilə müqayisədə sərnişindaşımada 10,1 faiz artım müşahidə olunub.

Ötən ay dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 268 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,2 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.