İQTİSADİYYAT


Ötən ay əsas kapitala 996 milyon manatdan çox vəsait yönəldilib

Bakı, 13 fevral, AZƏRTAC

Yanvarda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 60,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi sərmayənin 70,6 faizi məhsul istehsalı sahələrinə, 17,5 faizi xidmət sahələrinə, 11,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7 faiz, büdcə vəsaitləri 14,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4 faiz, bank kreditləri 1,2 faiz, digər vəsaitlər isə 0,7 faiz olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.