REGİONLAR


Ötən ay muxtar respublikada 135 müəllim işlə təmin olunub

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqəyə 268 vakant vəzifə çıxarılıb. 186 vəzifənin tutulması üçün müraciət edən 746 namizəddən 714 nəfəri test imtahanlarında iştirak edib. Keçid balını toplayan 414 namizəddən 135-i sentyabr ayında vakant vəzifələrə təyin olunub.

Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sentyabr ayı ərzində dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 122 nəfər iştirak edib.

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə 35 nəfər müvafiq keçid balını toplaya bilib. Müsahibə mərhələsində iştirak etmək hüququ qazanan 34 namizəddən 23-ü müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunub.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə 22 nəfər müvafiq keçid balını toplayıb. Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak edən 6 nəfərdən 4-ü müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunub.

Ay ərzində Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 19 namizəddən 2-si işlə təmin olunub. Həmçinin 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib, 5 dövlət orqanının 9 qərarı dəyişdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.