REGİONLAR


Ötən ay muxtar respublikada 66 daşınmaz əmlak obyektinə ünvan verilib

Naxçıvan, 14 fevral, AZƏRTAC

Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası və sakinlərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay Şərur rayonunun Yuxarı Aralıq və Yengicə, Ordubad rayonunun Behrud və Dəstə, Şahbuz rayonunun Kolanı, Culfa rayonunun Yaycı, Babək rayonunun Şəkərabad və Aşağı Buzqov kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, 106 müraciətə baxılıb.

Komitənin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 490 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə, 122 əmlakın bazar dəyəri isə məlumat bazasına daxil edilib. 2018-ci ilin yanvar ayında muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 66 daşınmaz əmlak obyektinə ünvan verilib.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Babək rayonunun Yarımca, Cəhri, Kalbaoruc Dizə, Məmmədrza Dizə və Qaraqala, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba, Ayrınc, Badamlı və Kolanı, Culfa rayonunun Əlincə, Xoşkeşin, Bənəniyar və Xanəgah kəndlərinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair kartoqramları müvafiq bələdiyyələrə təqdim edilib, onlara kartoqramlardan istifadə qaydaları izah edilib. “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnaməyə uyğun olaraq 76 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritəsi hazırlanaraq muxtar respublikanın Daxili İşlər Nazirliyinə, Xanlıqlar və Dəmirçi dairəvi avtomobil yolunun planı hazırlanaraq “Naxavtoyol” Dövlət Şirkətinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.