İQTİSADİYYAT


Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Oktyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4195 ədəd, dəyəri isə 48 milyon 721 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 27-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3817-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 328-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 23-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.