Ötən ay paytaxtda 7 küçə əsaslı təmir edilib
AzerTAg.az

Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində Bakı şəhərində yerinə yetirilmiş işlər barədə məlumat açıqlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, məlumata əsasən paytaxt ərazisində 7 küçə əsaslı təmir edilib. Əsaslı təmir edilmiş küçələrin uzunluğu 11 min 900 metr, həmin işlərin aparıldığı sahə isə 65 min 970 kvadratmetr təşkil edib.
Bu dövr ərzində əsaslı təmir zamanı küçə və yollara 7000 poqonometr səki daşları düzülüb, 80 ədəd kanalizasiya lyuku yenisi ilə əvəz olunub, 11 min 550 poqonometr üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Həmçinin 3580 metr uzunluğunda və 23 min 560 kvadratmetr sahədə orta təmir işləri görülüb.
Xəbərin mətnində orfoqrafik səhv var