Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Ötən doqquz ay “Zenit” Bədən Tərbiyəsi-İdman Cəmiyyəti üçün uğurlu olub

Ötən doqquz ay “Zenit” Bədən Tərbiyəsi-İdman Cəmiyyəti üçün uğurlu olub

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu ilin ötən doqquz ayı ərzində “Zenit” Bədən Tərbiyəsi-İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) yetirmələri böyük uğurlara imza atıblar. Sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (79 kq) və Əfqan Xaşalov (57 kq) apreldə ABŞ-da keçirilən dünya kubokunda gümüş medal qazanıblar. Bir aydan sonra Rusiyanın Kaspiysk şəhərində Cəbrayıl Həsənov daha bir uğura imza ataraq Avropa çempionatının bürünc medalını əldə edib. Əfqan Xaşalov isə U-23-lər arasında qitə çempionatının gümüş medalını qazanıb.

Bu sözləri “Zenit” Bədən Tərbiyəsi-İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

O bildirib ki, güləşçilər yeniyetmələr arasında dünya, Avropa birinciliklərində də böyük uğurlar əldə ediblər. Onlardan Turan Bayramovun (65 kq) nailiyyətlərini xüsusi qeyd etmək istərdim. İstedadlı güləşçinin bu il ən böyük uğuru iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya birinciliyinin qızıl medalıdır. Bu ilin mayında isə Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan yeniyetmələrin Avropa birinciliyinin qalibi olub. O, bu nəticəsinə görə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Digər yeniyetmə sərbəst güləşçimiz Əlihəsən Əmirli (42 kq) də Zaqrebdəki dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Skopyedəki qitə birinciliyində isə gümüş medal qazanıb. Samboçumuz Vüqar Ağcayevin Praqada keçirilən Avropa birinciliyində qazandığı gümüş medal da yaxşı nəticədir.

F.Hadıbəyov qeyd edib ki, idman cəmiyyətində 9 bölmə və 138 qrupun tərkibində 1478 idmançı sərbəst güləş, yunan-Roma güləşi, sambo, boks, cüdo, taekvondonun sirlərinə yiyələnir. Müxtəlif idman bölmələrində 56 məşqçi-müəllim çalışır. Onların arasında Əməkdar məşqçilər Aslan Ağayev, Cavid Qurbanov, Əbülfəz Məmmədov, Zöhrab Abbasov, Yaqub Abdullayev, Təvəkkül Məmmədovu xüsusi vurğulamaq istəyirəm.

“Zenit” BTİCİB-in respublikanın bədən tərbiyəsi və idmanın inkişafında, uşaq və gənclərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanmasında öz dəsti-xətti olduğunu vurğulayan F.Hadıbəyov qeyd edib ki, hazırda müxtəlif idman bölmələrində uşaqlar və yeniyetmələr arasında çoxlu perspektivli idmançılar yetişirlər. Güclü potensiala malik güləşçilərdən olan Turan Bayramovun Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qalib gələcəyinə inandığını vurğulayan Birliyin sədri deyib: “Turan bu il həm Avropa, həm də dünya birinciliyində çempion olub. Ümid edirik ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qalib olacaq”.

Fazil Hadıbəyov Cəmiyyətin yetirmələrinin ötən aylar ərzində təşkil edilmiş müxtəlif beynəlxalq turnirlərdə fərqləndiklərini də qeyd edib: “Bu ilin yanvarında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında Bakıda təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə Ruslan Şıxiyev (48 kq) bürünc medal qazanıb. Fevralda Ukraynada keçirilən sərbəst güləş üzrə beynəlxalq turniri Cəbrayıl Həsənov gümüş, Əfqan Xaşalov bürünc mükafatla başa vurublar. Almaniyada məktəblilər arasında sərbəst güləş üzrə beynəlxalq turnirdə də cəmiyyətimizin yetirmələri fərqləniblər. Bu yarışda güləşçilərimizin qazandığı 7 medalın 4-ü qızıl olub. Boksçularımız isə mayda Rusiyada təşkil olunan beynəlxalq turnirdə müxtəlif yaş kateqoriyalarında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar. Həmin ay dəri əlcək ustalarımız daha bir yarışda – Ukraynada yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 8 medal əldə ediblər ki, onlardan da ikisi qızıl medal olub. Ötən ay sərbəst güləşçilərimizdən Nurəddin Novruzov (48 kq) Türkiyədə keçirilən beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu növ üzrə Şamaxıda keçirilən beynəlxalq yarışda isə Ayxan Verdiyev (41 kq) qızıl, Abdulrəhim İbrahimov (44 kq) gümüş medal qazanıblar. Qadın güləşçimiz Elmira Qəmbərova (62 kq) isə Minskdə beynəlxalq yarışda bürünc mükafata sevinib”.

Qurumun rəhbəri “Zenit” BTİCİB-yə aid olan müəssisə, təşkilat və idarələrdə bədən tərbiyəsi və idmanın təbliğinə, insanların sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq bununla bağlı müəyyən tədbirlərin görüldüyünü də diqqətə çatdırıb: “Elektroenergetika və elektrotexnika sənayesi, müdafiə sənayesi, avtomobil nəqliyyatı və yol təsərrüfatı, aviasiya, metropoliten, metal, “Baku Steel Company” işçiləri həmkarlar ittifaqları respublika komitələri ilə birlikdə hər il təşkil edilən spartakiada yarışları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədbirin təşkilində əsas məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və eyni zamanda, bədən tərbiyəsi və idman yarışlarını yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdir. Mini futbol, daşqaldırma, kəndirdartma, qol güləşi, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat, güllə atıcılığı üzrə təşkil edilən spartakiada yarışlarının ilkin mərhələsində 3 mindən artıq idmançı mübarizə aparır ki, bu da idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır”.

İdman mütəxəssisi qarşıdakı yarışlardan da söhbət açıb. Bildirib ki, oktyabrda Budapeştdə sərbəst güləş üzrə 23 yaşadək idmançılar arasında keçiriləcək dünya çempionatında idman cəmiyyətinin iki yetirməsi Ruslan Qasımov və Əfqan Xaşalov (57 kq) iştirak edəcəklər. O, hər iki idmançının mundialda uğurla çıxış edəcəyinə ümid etdiyini deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb