MƏDƏNİYYƏT
Ötən dövrdə “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlərə 180-dən çox xarici dövlətin nümayəndəsi qoşulub
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Bu proses 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov söyləyib.
“Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlərə 180-dən çox xarici dövlətin nümayəndəsinin qoşulduğunu bildirən mədəniyyət naziri deyib: “Onlar bu çərçivədə həyata keçirilən 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak ediblər. Bu forumlara 10 mindən çox şəxs qatılıb. Forumlar bir çox sferaları əhatə edib, hətta biznes nümayəndələri də “Bakı Prosesi” çərçivəsində təşkil edilən forumlarda iştirak ediblər”.