REGİONLAR


Ötən gecə İmişlidə baş verən yol qəzasında xəsarət alan yeniyetmə xəstəxanada ölüb

İmişli, 15 fevral, Mahir Babayev, AZƏRTAC

İmişlinin Şahverdili kəndi ərazisində baş verən yol qəzası zamanı ağır xəsarət alan 14 yaşlı yeniyetmə İsayev Məhəmməd Cəfər oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə xəstəxananın həkimi Təbiət İsayev məlumat verib.

Qeyd edək ki, ötən gün axşam saat 20:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yolunun, rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb. Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Nizami Həsənov ölüb. Avtomobildə olan 14 yaşlı Məhəmməd İsayev və 24 yaşlı İbrahim Məmmədov ağır xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.