CƏMİYYƏT
Ötən gün 64 cinayət faktı qeydə alınıb
Bakı, 12 avqust, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 64 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.