CƏMİYYƏT


Ötən gün 7,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Ötən gün 7,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 31 mart, AZƏRTAC

Polis əməkdaşlarının martın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqrama yaxın heroin, 6 kiloqrama yaxın marixuana, 100 qrama yaxın tiryək, 225 qramdan çox metamfetamin, 12 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.