CƏMİYYƏT


Ötən gün 8,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Ötən gün 8,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

Bakı, 19 may, AZƏRTAC

Polis əməkdaşlarının mayın 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,1 kiloqramdan artıq heroin, 3,3 kiloqrama yaxın marixuana, 50 qramdan artıq metamfetamin, həmçinin 200 ədəd güclü təsiredici xassəyə malik həb və 58 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.