CƏMİYYƏT
Ötən gün baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 12 nəfər xəsarət alıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 78 cinayət faktından 10-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan səkkiz nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər tutulub.