CƏMİYYƏT
Ötən gün baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Bakı, 22 iyun, AZƏRTAC
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.