Ötən gün baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb
AzerTAg.az
Bakı, 2 noyabr, AZƏRTAC
Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbərin mətnində orfoqrafik səhv var