CƏMİYYƏT


Ötən gün baş vermiş yol-nəqliyyat hadisələrində bir nəfər ölüb, 13-ü xəsarət alıb

Bakı, 25 may, AZƏRTAC

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 13-ü xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.