DÜNYA


Ötən gün koronavirusa rekord sayda – 358 mindən çox yoluxma qeydə alınıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da dünyada COVID-19 infeksiyasına rekord sayda – 358 min 354 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 349 min 339 nəfərin yoluxduğu oktyabrın 8-də müşahidə edilmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 807 nəfər həyatını itirib.

İndiyədək dünyada koronavirusa yoluxanların sayı 37 milyon nəfəri ötüb, ölənlərin sayı isə 1 milyon 73 mindən çoxdur.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.