DÜNYA


Ötən gündən Tallinn aeroportunda 14 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirilir

Tallinn, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 12-dən etibarən Tallinn hava limanından 14 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirilir.

AZƏRTAC xəbər verir ki, ariareyslər Frankfurt (“Lufthansa”), Helsinki (“Finnair”), Kopenhagen (“AirBaltic”), London (“AirBaltic”, “Ryanair”), Pafos (“Ryanair”), Riqa (“AirBaltic”), Varşava (“LOT”), Edinburq (“Ryanair”), Stokholm (“AirBaltic”), Milan (“Ryanair”), Vilnüs (“AirBaltic”), Vyana (“AirBaltic”), Berlin (“AirBaltic”) və Oslo (“AirBaltic”) hava limanları istiqamətində həyata keçirilir.

Kopenhagen, London, Varşava, Edinburq, Stokholm, Milan, Vilnüs və Vyanadan gələn şəxslərdən isə Estoniyada ikihəftəlik özünütəcrid rejimində qalmaq tələb olunur.

Ötən həftə ilə müqayisədə bir istiqamət üzrə uçuş − Brüssel reysi ləğv edilib.

Qeyd edək ki, Estoniyada ikihəftəlik özünütəcrid rejimi COVID-19-a görə test müayinəsi ilə əvəz edilə bilər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.