CƏMİYYƏT


Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub

Bakı, 2 dekabr, AZƏRTAC 

Hazırda Azərbaycanda pandemiyanın 41-ci həftəsi yaşanır. Ötən həftə ölkəmizdə 25 min 895 nəfər koronavirusa yoluxub. Koronavirus səbəbindən 232 nəfər həyatını itirib. Gündəlik yoluxmalarda müayinə əmsalında ən yüksək göstərici aşkarlanıb – 29 faiz. Ölkə üzrə ümumi ölüm faizi 1.1 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

“Digər ölkələrdə ölüm göstəricilərinə nəzər salsaq, Türkiyədə bu rəqəm 2.1 faiz, Böyük Britaniyada 3.6 faiz, ABŞ-da 2 faiz, Kanadada 3.2 faiz, Avropa İttifaqı ölkələrində isə 2.3 faiz təşkil edib”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.