CƏMİYYƏT


Ötən həftə Azərbaycanda koronavirusdan 1002 nəfər sağalıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Avqustun 31-dən sentyabrın 6-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1020 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC “koronavirusinfo.az” saytına istinadla xəbər verir ki, son üç həftə ərzində ən az yoluxma halı məhz ötən həftə müşahidə olunub. Belə ki, həmin göstərici 17-23 avqust həftəsində 1055, 24-30 avqust həftəsində isə 1035-ə bərabər olub.

Avqustun 31-dən sentyabrın 6-dək, həmçinin koronavirusdan 1002 nəfər sağalıb. Sağalanların sayında da artım qeydə alınıb. Belə ki, avqustun 24-dən 30-dək olan həftədə 710 sağalma müşahidə olunub. Ötən həftə isə sağalanların sayı avqustun 24-dən 30-dək olan göstəricidən 292 nəfər çox olub.

Bununla yanaşı, keçən həftə koronavirusdan 17 nəfər vəfat edib. Bu da son dörd həftə ərzində ən yuxarı göstəricidir. Belə ki, ölüm sayı avqustun 10-dan 16-dək 16, avqustun 17-dən 23-dək 12, avqustun 24-dən 30-dək isə 13 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.