DÜNYA


Ötən həftə Litvada karantin qaydalarını pozan 1531 nəfər cərimələnib

Vilnüs, 23 fevral, AZƏRTAC

Ötən həftə Litvada karantin qaydalarına əməl etməyən 1531 nəfər cərimə edilib.

AZƏRTAC Litva mətbuatına istinadla bildirir ki, bu barədə məlumatı Litva Polis Departamentinin mətbuat katibi Ramunas Matonis verib.

Onun sözlərinə görə, maskadan istifadə edilməməsinə görə 153 nəfər cərimə edilib, şirkətlərin karantin qaydalarını pozmalarına görə isə üç protokol tərtib edilib. Polis həftə ərzində özünütəcrid rejimində olan 5 mindən çox şəxsi yoxlayıb, 47 pozuntu aşkar edilib.

Xatırladaq ki, Litvada 2020-ci il noyabrın 7-dən qüvvədə olan karantin rejimi ötən il dekabrın 16-dan sərtləşdirilib. Karantin rejimi hələlik 28 fevral tarixinədək qüvvədədir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.