MƏDƏNİYYƏT


Ötən həftə “YUĞ”da maraqlı tamaşalara baxılıb

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi ötən həftə iki maraqlı səhnə əsəri ilə teatrsevərlərin görüşünə gəlib.

AZƏRTAC xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsusu yer tutan “Metamorfoza” və “Müəmmalı bir qətlin üç versiyası” tamaşaları izləyicilərin ixtiyarına verilib. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış “Metomorfoza”ya rejissor Günay Səttarın quruluşunda baxılıb. Səhnə əsərində rəsmlərin quruluşu Umay Həsənovaya, musiqi tərtibatı isə Amid Qasımova aiddir. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa ediblər. R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov rol alıb. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib. Tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında göstərilib. Hər iki səhnə əsərində aktyorların məharətli çıxışı tamaşaları daha baxımlı edib, səhnə əsərləri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.