REGİONLAR


Ötən il 100,3 min hektar sahədə pambıq əkilib

Bakı, 23 yanvar, AZƏRTAC

2020-ci ildə 100,3 min hektar sahədə pambıq, 11 min hektar sahədə dən üçün günəbaxan, 5 min hektar sahədə şəkər çuğunduru və 3,1 min hektar sahədə tütün əkilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dənlilərin və dənli paxlalı bitkilərin tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Ötən il istehsal olunmuş taxıl məhsulunun 57,3 faizini (1 milyon 867,3 min ton) buğda, 31,3 faizini (1 milyon 20,1 min ton) arpa, 9,9 faizini (321,9 min ton) qarğıdalı, 0,3 faizini (9,9 min ton) çəltik, 0,7 faizini (21,7 min ton) paxlalılar, 0,5 faizini (16,2 min ton) isə digər dənli bitkilər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.