İQTİSADİYYAT


Ötən il 150 milyon manatlıq ipoteka istiqrazları yerləşdirilib

Bakı, 16 yanvar, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2019-cu ildə illik 3 faiz dərəcəsi ilə ümumi həcmi 150 milyon manat olan ipoteka istiqrazları yerləşdirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, 2009-cu ilin mayından başlayaraq İKZF tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1 milyard manatı ötüb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8 faiz) maliyyələşdirilməsinə yönəldilib.

Cəlb olunmuş vəsaitlərdən 281,1 milyon manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 milyon manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.