İQTİSADİYYAT


Ötən il 300 min sərnişin “Türk Hava Yolları” vasitəsilə Bakıdan İstanbula daşınıb

Bakı, 16 avqust, Elvin Camalov, AZƏRTAC

2016-cı ildə 300 min sərnişin “Türk Hava Yolları” (THY) vasitəsilə Bakıdan İstanbula daşınıb.

Bu barədə AZƏRTAC-a “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

O bildirib ki, bu sərnişinlərin böyük əksəriyyəti İstanbuldan da başqa şəhərlərə səfər edənlərdir. İstanbula gələn azərbaycanlılar ən çox Avropa istiqamətinə gedirlər. Bundan əlavə, son illərdə THY-nin Afrikada da fəaliyyətinin genişləndirməsinə paralel olaraq azərbaycanlı qonaqların da bu istiqamətə səyahətlərinin şahidiyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.