CƏMİYYƏT


Ötən il 5,5 minə yaxın əcnəbiyə Azərbaycanda işləmək üçün icazə verilib

Bakı, 18 fevral, AZƏRTAC

Ötən il ölkə ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan 5 min 466 nəfərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq və müddəti uzadılmış iş icazələri verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələri alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.