DÜNYA


Ötən il ABŞ-da odlu silahla ölüm hallarının sayı son 32 ilin ən yüksək səviyyəsinə çatıb

Ötən il ABŞ-da odlu silahla ölüm hallarının sayı son
32 ilin ən yüksək səviyyəsinə çatıb

Bakı, 30 noyabr, AZƏRTAC

Harvard Universitetinin araşdırmasına görə, ötən il ABŞ-da odlu silahla baş verən ölüm hallarının sayı son 32 ilin ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, araşdırmanın nəticəsinə görə, həmin müddətdə odlu silahla törədilən hadisələr zamanı qeydə alınan 1 milyondan çox ölüm halının 14 faizi qadınlara, 45 faizi isə kişilərə aiddir. 2010-cu ildən indiyədək qaradərili qadınların odlu silahla öldürülməsi halları üç dəfə artıb.

Harvard Universitetinin səhiyyə siyasəti üzrə professoru Devid Hemenvey bildirib ki, ölkədə odlu silahla ölüm halları getdikcə artır. Maraqlıdır ki, COVID-19-un geniş yayıldığı vaxtlarda bu səbəbdən ölüm halları aşağı səviyyədə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.