ELM VƏ TƏHSİL


Ötən il AMEA Gəncə Bölməsinin əməkdaşlarının əsərlərinə 198 dəfə istinad olunub

Bakı, 15 yanvar, AZƏRTAC

AMEA Gəncə Bölməsinin əməkdaşlarının 2021-ci ildə 7 kitab, 4 monoqrafiya və iki dərsliyi işıq üzü görüb. Həmçinin əməkdaşların 92 məqalə (31-i xaricdə) və 75 tezisi (17-si xaricdə) dərc olunub.

AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin növbəti iclasına onlayn qatılan Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev söyləyib. Akademik bildirib ki, hesabat ilində bölmə əməkdaşlarının əsərlərinə beynəlxalq elmi bazalarda 198 dəfə istinad edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.