CƏMİYYƏT


Ötən il Ədliyyə Nazirliyi tərəfindən 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən il Ədliyyə Nazirliyi tərəfindən 1800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 15-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videokonfrans formatında keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

Bundan başqa, “Mobil notariat”ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib. Həmçinin çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.