DÜNYA
Ötən il Əfqanıstanda münaqişə nəticəsində 3,8 min dinc sakin ölüb
Bakı, 24 fevral, AZƏRTAC
2018-ci il Əfqanıstanda münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 3,8 min nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Əfqanıstana yardım missiyasının məlumatına görə, bu, son 10 ildə ən yüksək göstəricidir. Missiyanın hesabatında bildirilir ki, ötən il 3804 dinc sakin, o cümlədən 927 uşaq münaqişə qurbanı olub. Daha 7189 mülki şəxs yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.
Hesabata əsasən mülki şəxslərin 63 faizi hökumətə qarşı çıxan qüvvələrin – Taliban hərəkatının və İŞİD terror qruplaşmasının hücumları nəticəsində həyatını itirib.
2009-cu ildən indiyədək Əfqanıstanda mülki əhali arasında münaqişə qurbanların sayı ümumilikdə 32 min nəfəri ötüb, 60 minə yaxın insan isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]