REGİONLAR


Ötən il Ağdamda 100 min tona yaxın tərəvəz istehsal edilib

Ağdam, 8 fevral, AZƏRTAC

2018-ci ildə cəbhə bölgəsində yerləşən Ağdam rayonunda digər kənd təsərrüfatı məhsulları kimi tərəvəz istehsalında da artıma nail olunub.

Ağdam Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kəndli fermerlər və torpaq mülkiyyətçiləri ötən il 4533 hektar sahədə tərəvəz becəriblər. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 809 hektar artıqdır. Sahələrdən 98 min 394 ton məhsul götürülüb ki, bunun da 1568 tonu kələm, 4852 tonu xiyar, 6168,5 tonu pomidor, 82 min 318 tonu baş soğan, 66,5 tonu sarımsaq, 3421 tonu digər tərəvəzlərdir.

Yığılan məhsul 2017-ci illə müqayisədə 23 min 81,9 ton və ya 30,6 faiz çoxdur. Tərəvəz bitkilərinin orta məhsuldarlığı hər hektardan 217,1 sentner təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.