SİYASƏT


Ötən il Almatıdakı Azərbaycanlı Qadınlar Cəmiyyəti üçün uğurlu olmuşdur

Almatı, 4 yanvar (AZƏRTAC). Almatıdakı Azərbaycanlı Qadınlar Cəmiyyətinin (AQC) 2011-ci ilin yekunları və bu il üçün fəaliyyəti ilə əlaqədar iclası keçirilmişdir.

Ötən ildə görülən işlər barədə məlumat verən AQC-nin sədri Mehriban Xammədova vurğulamışdır ki, 2011-ci il cəmiyyət üçün uğurlu olmuşdur. AQC ötən ildə Azərbaycanın dövlət və milli bayramları ilə bağlı bir çox tədbirlər təşkil etmiş, qadınlarımızın cəmiyyətin işinə cəlb olunması istiqamətində xeyli işlər görmüşdür. AQC xeyriyyəçiliklə də məşğul olur. Cəmiyyət tərəfindən Almatıdakı “Ümid” uşaq evi himayəyə götürülmüş, əlillər evinə müntəzəm yardımlar edilmişdir.

M.Xammədova qeyd etmişdir ki, qarşıdan 20 Yanvar faciəsinin ildönümü gəlir və AQC bu istiqamətdə hazırlıq işləri aparır. Qanlı Yanvar həqiqətləri barədə məlumatlar toplusu hazırlamışıq. Toplu ictimaiyyət arasında yanvarın 15-dən sonra geniş yayılacaqdır. Faciə ilə bağlı fotosərgi təşkil olunacaq, sənədli film də nümayiş etdiriləcəkdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.