Ötən il “AtaBank”ın aktivləri 30,4 faiz artmışdır
AzerTAg.az
Bakı, 10 fevral (AZƏRTAC). "AtaBank" ASC-nin 2013-cü ildə maliyyə təsərrüfat nəticələri uğurlu olmuşdur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, ötən il aktivlərin dinamikasında 30,4 faiz və ya 87,3 milyon manat artım müşahidə olunmuşdur. İlin əvvəlində aktivlər 287,6 milyon manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 374,9 milyon manata çatmışdır. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədədir. Artım 28,3 faiz və ya 53,3 milyon manat təşkil etmişdir. Bankın ümumi depozit portfeli 30,9 faiz və ya 75,2 milyon manat artaraq 318,7 milyon manat, müddətli depozit portfeli 28,7 faiz artaraq 244,1 milyon manat, fiziki şəxslərin müddətli əmanətləri 28,4 faiz artaraq 172,7 milyon manat olmuşdur.
Bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,8 faiz və 19,4 faiz təşkil etmişdir. 2014-cü ilin əvvəlinə bankın bankomatlarının sayı 80, şəbəkəsinə qoşulmuş POS-terminalın sayı isə 8188 ədəd olmuşdur. İlin nəticəsinə görə bankın xalis mənfəəti 5,6 milyon manatdır.
Xəbərin mətnində orfoqrafik səhv var