İQTİSADİYYAT


Ötən il Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Kredit Bürosu (AKB) 2019-cu il ərzində 2 BOKT (bank olmayan kredit təşkilatı), 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalayıb.

Bürodan AZƏRTAC-a bildirilib ki, AKB tərəfindən Mərkəzi Bank və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb. 2019-cu ilin yekununa olan göstəriciyə görə, büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə yüksəlib.

Ötən il büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2 milyon 882 min 846 sorğu keçirilib. Bu göstərici 2018-ci il tarixi ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56 faiz çoxdur. 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1 milyon 845 min 144 sorğu yerinə yetirilib.

Büroya edilən sorğuların 2 milyon 572 min 178-i banklar, 309 min 939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilib.

AKB-nin skorinq xidmətindən isə il ərzində ümumilikdə 1 milyon 923 min sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 67 faizini təşkil edir.

İl ərzində kredit hesabatı əldə etmək məqsədilə kredit tarixçəsi subyektləri tərəfindən büroya 31 min 377 müraciət daxil olub. Müraciət etmiş şəxslərin 31 min 230-u fiziki, 147-si hüquqi şəxsdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.