MƏDƏNİYYƏT


Ötən il Azərbaycan Rəssamlar İttifaqında 20 sərgi açılıb

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqı hər il olduğu kimi yola saldığımız 2018-ci ildə də müxtəlif mövzulu rəsm sərgisi və ya fotosərgilərin təşkil olunduğu məkan olmaqla yanaşı, həm də təşkilatçısı qismində çıxış edib.

AZƏRTAC xəbər verir ki, ötən il Azərbaycan Rəssamlar İttifaqında 11 fərdi, 9 ümumi olmaqla 20 sərgi açılıb. Sənət ocağı 10 fotosərgiyə və 31 rəsm sərgisinə təşkilatçılıq edib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqı ölkəmizin ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır. İttifaqın strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.