İQTİSADİYYAT


Ötən il Azərbaycan və Danimarka arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Bakı, 15 iyun, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfiri Danni Annanla görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mikayıl Cabbarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Danimarka ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmi qeyd olunub. Ticarətin ölkələrimiz arasında tərəfdaşlığın əsas istiqamətlərindən olduğunu bildirən nazir ötən il Azərbaycan və Danimarka arasında ticarət dövriyyəsinin 2019-cu ilə nisbətən 2 dəfədən çox artdığını diqqətə çatdırıb, ölkəmizdə Danimarkanın “Carlsberg”, “Maersk” kimi transmilli şirkətlərinin fəaliyyətini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetləri barədə məlumat verib, Danimarka şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, nəqliyyat-logistika potensialından yararlanmağa dəvət edib.

Səfir Danni Annan ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.