İQTİSADİYYAT


Ötən il Azərbaycanda 26 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 20 yanvar, AZƏRTAC

2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 36 milyard 713,3 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 26 milyard 65,1 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22,7 milyard manat olmaqla əvvəlki ilə nisbətən 7 faiz azalıb.

Ölkədə əmtəəlik neft istehsalı 8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.